Azərbaycanda polis zabiti faciəvi şəkildə öldü - FOTO

16 Sentyabr 2024 09:44

Şəmkirdə bir nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, rayon ərazisində "Toyota" markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi qəzaya uğrayıb.

Hadisə zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb, avtomobildə olan sərnişin Elbəyi Həsənov isə qəza nəticəsində ölüb.

E.Həsənov polis zabiti olub və Şəmkir Rayon Polis Şöbəsində sahə müvəkkili vəzifəsində işləyib.

O, ailəli olub.

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun