Bütün oyunçulara "iPhone 16" hədiyyə etdi

16 Sentyabr 2024 11:23

"Hayduk"un baş məşqçisi Cennaro Qattuzo oyunçulara və heyətə hədiyyələr verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, italiyalı məşqçi hər kəsə yeni "iPhone 16" alıb.

Təxminən 30-35 smartfon sifariş verilib və Qattuzo ümumilikdə 40 min avroya yaxın hesabı ödəyib.

Qeyd edək ki, cümə günü "Hayduk" səfərdə "Dinamo Zaqreb"i məğlub edib. Qattuzonun yetirmələri 1:0 hesabı ilə qalib gəlib, qolu Marko Livaya vurub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun