Bu il ilk dəfə işğaldan azad olunmuş digər ərazilərimizdə Bilik Günü qeyd olunur. Ölkəmizdə 133 mindən artıq şagird birinci sinfə gedir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev 53 nömrəli tam orta məktəbdə keçirilən Bilik Günü tədbirində deyib.
O bildirib ki, ilk dəfə Şuşa, Xocalı, Xankəndi şəhərlərində, Laçının Sus kənd orta məktəbində ilk zəng çalınır:
"Yeni tədris ilində işğaldan azad olunan ərazilərdəki məktəblərdə 1410 şagird təhsil alır. Onlardan 149-u birinci sinfə gedir".
Nazir müavini bildirib ki, Heydər Əliyev Fondunun dəstəyi, Elm və Təhsil Nazirliyinin xətti ilə məktəblərin 80 faizi yenilənib:
"Yeni tədris ilində 29 yeni məktəb istifadəyə verilib. Ümumilikdə 83 məktəbin tikintisi davam edir, 37 məktəbin layihələndirilməsi həyata keçirilib, 670-dən artıq məktəb təmir edilib".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun