Zümrüd qızını məktəbə yola saldı - FOTO

16 Sentyabr 2024 10:12

Aparıcı Zümrüd Bədəlova qızı Ləmanla bağlı paylaşım edib.

Milli.Az olay-a istinadən bildirir ki, yeni tədris ilinin başlanması ilə övladını məktəbə yola salan televiziya ulduzu onu təhsil aldığı ocağın önündə çəkdiyi fotosunu instaqram səhifəsində yayımlayıb.

Bədəlova sözügedən şəkilə "Balamın da məktəbdəki son ili... Allah hamının yolunu açıq etsin. Mənim qızım da onların içində" şərhini yazıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun