Dünyanın ən yaşlı pişiyi öldü

16 Sentyabr 2024 10:01

Dünyanın ən yaşlı pişiyi olan Rozi 33 yaşında ölüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, pişik İngiltərənin Norviç şəhərində 73 yaşlı sahibi Lila Brisset ilə birlikdə yaşayırdı.

Pişiyin yaşı insan ömrü ilə hesablandıqda 152 ilə bərabərdir.

Qeyd olunur ki, 2023-cü ildə "Ginnesin Rekordlar Kitabı"nın nümayəndəsi pişiyin sahibəsinə rəsmi olaraq dünyanın ən yaşlı pişiyi titulunun verilməsi üçün müraciət etməyi tövsiyə etsə də, qadın bunu etməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun