Goranboyda evdə yanğın olub, xəsarət alan var

16 Sentyabr 2024 07:41

Goranboy rayonunun Veyisli kəndində ümumi sahəsi 95 m² olan kürsülü, birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və içərisində olan ev əşyaları 20 m² sahədə yanıb.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun