Trampa sui-qəsd cəhdinə Harrisdən reaksiya...

16 Sentyabr 2024 06:15

ABŞ-ın vitse-prezidenti, ən yüksək dövlət postuna namizəd Kamala Harris respublikaçı rəqibi Donald Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə K.Harris X səhifəsində yazıb.

"Mən keçmiş prezident Trampın Floridadakı mülkünün yaxınlığında silahlı atışma olması barədə məlumat aldım və onun təhlükəsizlikdə olmasına şadam. Amerikada zorakılığa yer yoxdur", - deyə o bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun