Trampı "Kalaşnikov"la güllələmək istəyiblər...

16 Sentyabr 2024 00:21

ABŞ Prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdində iştirak edən şəxs saxlanılıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə eks-prezidentin oğlu Donald Tramp (kiçik) məlumat verib.

"Bu, yenə baş verir. Atışma Floridada Uest-Palm-Biçdə qolf meydançasında olub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, kolluqda AK-47 avtomatı aşkar edilib. Şübhəli saxlanılıb", - deyə oğlu bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun