Bu ölkədə güclü zəlzələ baş verdi

15 Sentyabr 2024 21:01

İndoneziyada 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunur ki, zəlzələnin episentri 172 min insanın yaşadığı Bontanq şəhərindən (Kalimantan adası) 101 km şimal-şərqdə, ocağı 11 km dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.

Sunami təhlükəsi elan edilməyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun