Afrikadan gələn qonaqlar "Formula 1"in Bakıda keçirilməsindən məmnundurlar - FOTO

15 Sentyabr 2024 18:35

"Formula 1" Azərbaycan Qran Prisinin Afrikadan olan qonaqları öz təəssüratlarını Trend ilə bölüşüblər.

Farah Abdi (Somali): ""Formula 1" mənim sevimli yarışmadır və bu mövsüm çox həyəcanlıdır. Mən ilk dəfə Bakıya gəlirəm və çox gözəl rəngləri, memarlığı və gözəlliyi olan bu gözəl şəhəri görməkdən çox şadam. Milli mətbəxi isə sadəcə heyranedicidir. Hər kəs buranı bəyənir!".

Mister Abedi (Qana): "Mən "Formula 1" azarkeşiyəm və dünyanın bir çox ölkəsində olmuşam. Mən mütəmadi olaraq bu yarışlarda iştirak edirəm. Azərbaycanlı dostlarım məni Bakıya dəvət ediblər və mən çox şadam ki, sizin gözəl şəhərinizə ilk dəfə səfər edirəm. Burada memarlıq, mətbəx, insanlar, Avropa və Şərqin harmoniyası daxil olmaqla, hər şey gözəldir".

Qeyd edək ki, "Formula 1 Azərbaycan Qran Prisi"nə sentyabrın 13-də start verilib.

Xatırladaq ki, "Formula 1 Azərbaycan Qran Prisi" 2017-ci ildən Bakıda keçirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun