45 metr hündürlükdəki şəlalədən yıxıldı

15 Sentyabr 2024 16:59

45 metr hündürlükdəki şəlalədən yıxılan tursit sağ qalıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, hadisə Vaşinqton ştatında baş verib.

"NBC"nin yaydığı məlumata görə, 25 yaşlı turistin ayağı sürüşüb və o, Vaşinqtondakı "Racehorse" şəlaləsindən yıxılıb.

Hadisə şahidləri təcili yardım çağırıb. Turist tibb müəssisəsinə aparılıb. Onun vəziyyətinin təfərrüatları məlum deyil.

Qeyd edək ki, bu, bir il ərzində şəlalədə xəsarət alma ilə nəticələnən beşinci hadisədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun