Goradildə ölümlə nəticələnən qəza oldu

15 Sentyabr 2024 16:46

Goradil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Milli.Az-a verilən xəbərə görə, Abşeron rayonu, Goradil qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat qəzası zamanı bir nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.

FHN-in xilasediciləri tərəfindən həmin bir nəfərin meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun