Ronaldo virusa yoluxdu

15 Sentyabr 2024 16:30

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldo virusa yoluxub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Əl-Nəsr" klubunun mətbuat xidməti məlumat yayıb.

39 yaşlı ön xətt oyunçusu xəstəlik səbəbindən Asiya Çempionlar Liqasının I turunda İraqın "Əl-Şorta" klubu ilə səfər matçını buraxacaq.

Qeyd edək ki, "Əl-Şorta" - "Əl-Nasr" oyunu sentyabrın 16-da Bağdadda keçiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun