Türkiyədə fabrikdə partlayış - 20 yaralı var

15 Sentyabr 2024 15:37

Türkiyənin Sakarya şəhərinin Hendek rayonunda fabrikada baş vermiş partlayışda 20 nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "TRT Haber" "Anadolu"ya istinadən bildirib.

"Makaron fabrikasında hələlik müəyyənləşdirilməmiş səbəbdən partlayış baş verib. Partlayışdan sonra yanğın başlayıb", - məlumatda qeyd olunub.

İlkin məlumata görə, hadisədə 20 nəfər yaralanıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun