Türkiyədə 17 yaşlı qız bıçaqla ətrafdakılara hücum etdi - FOTO

16 Sentyabr 2024 10:44

Türkiyədə 17 yaşlı qız bıçaqla ətrafdakılara hücum edib.

Milli.Az haberler-ə istinadla bildirir ki, Türkiyənin Adana şəhərində 17 yaşlı qız taksi sürücüsü ilə mübahisə etdikdən sonra ona, avtomobildən düşərək ətrafdakılara hücum çəkib.

O, hadisə yerinə gələn mühafizəçini bıçaqlayıb. Polis hadisə yerinə gələnə qədər mühafizə qızı ayağından yaralayaraq zərərsiz hala gətirib.

Həm mühafizəçi, həm də Yiğitcan F. adlı qız xəstəxanaya aparılıb. Onların vəziyyəti normaldır.

Qızın hansı səbəbdən bu addımı atması araşdırılır.

İslam
Milli.Az