Hindistanda 3 mərtəbəli bina çökdü - 10 nəfər ölüb

15 Sentyabr 2024 14:10

Hindistanın Uttar Pradeş ştatının Meerut bölgəsində güclü yağış nəticəsində 3 mərtəbəli bina çöküb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Hindustan Times" qəzeti məlumat yayıb.

Faciədən sonra dağıntılar altında qalanlar üçün axtarış-xilasetmə işlərinə başlanılıb.

Hindistan səlahiyyətliləri binanın çökməsi nəticəsində 10 nəfərin həyatını itirdiyini, dağıntılar altından çıxarılan 5 nəfərə tibbi yardım göstərildiyini qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun