ABŞ-da bərabərsizliyin artmasının səbəblərindən biri

15 Sentyabr 2024 14:41

Onlayn tanışlıq amerikalılar arasında gəlir bərabərsizliyinin artmasının səbəblərindən biri ola bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu qənaətə Sent-Luis Federal Ehtiyat Bankının və Haverford Universitetinin tədqiqatçıları gəlib.

Qeyd olunub ki, tanışlıq proqramları yaranandan bəri ABŞ vətəndaşları getdikcə təhsil və gəlir baxımından onlara bənzəyənlərlə ailə qurmağa başlayıblar.

Materialda vurğulanıb ki, həyat yoldaşı seçimi ailənin gəlirinə ciddi təsir edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun