Həmin sammitdə iştirak edəcək

15 Sentyabr 2024 14:20

İran Prezidenti Məsud Pezeşkian Kazanda keçiriləcək BRICS sammitində iştirak edəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu məlumatı BRICS Media Sammitində Rusiyadakı səfir Kazım Cəlali təsdiqləyib.

"İran İslam Respublikasının Prezidenti hörmətli cənab Pezeşkian Kazanda keçiriləcək sammitdə iştirak edəcək", - o, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun İran liderinin sammitdə iştirakının diplomatik kanallarla təsdiqlənməsini gözlədikləri barədə sözlərinə şərh verərkən bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun