XİN Bakının azad olunması ilə bağlı paylaşım etdi

15 Sentyabr 2024 10:38

Azərbaycanın Xarici İşlər Nazirliyi Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib.

Milli.Az xəbər verir ki, paylaşımda qeyd olunub:

"Bu gün, Bakı şəhərinin erməni daşnak-bolşevik qüvvələrinin işğalından azad edilməsindən 106 il ötür. Azərbaycan-Türkiyə qardaşlıq tarixinin səhifələrinə qızıl hərflərlə yazılan 15 sentyabr tarixində Bakının işğaldan azad edilməsi uğrunda canlarından keçən bütün qardaş və bacılarımızın əziz xatirəsini minnətdarlıqla anırıq".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun