Türkiyə XİN Azərbaycanı təbrik etdi - FOTO

15 Sentyabr 2024 10:44

Türkiyə Xarici İşlər Nazirliyi Bakının işğaldan azad edilməsinin 106-cı il dönümü ilə bağlı paylaşım edib.

Milli.Az xəbər verir ki, paylaşımda aşağıdakılar bildirilir:

"Azərbaycanın gözəl paytaxtı Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü münasibəti ilə azərbaycanlı qardaş və bacılarımızı təbrik edirik.

Müstəqillik uğrunda şəhid olan bütün şəhidlərimizi hörmət və rəhmətlə yad edirik".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun