Messidən möhtəşəm qayıdış: 2 qol və asist - VİDEO

15 Sentyabr 2024 10:27

MLS-in növbəti tur matçında "İnter Mayami" "Filadelfiya Yunion"la qarşılaşıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Fort Lauderdale-dəki DRV stadionunda baş tutan görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı artıq ikinci dəqiqədə qonaqlar açıblar. Lakin sonradan zədəsini yenicə sağaldaraq yaşıl meydanlara qayıdan Messinin futbol şousu başlayıb. Argentinalı 5 dəqiqəyə (26, 30) dubl edərək komandasını irəli çıxarıb. 90+8-ci dəqiqədə isə onun ötürməsindən Luis Suárez fərqlənərək yekun hesabı müəyyən edib - 3:1.

"İnter Mayami" ardıcıl 5-ci qələbəsini qazanıb. "Filadelfiya Yunion" isə son üç matçda ikinci məğlubiyyətini alıb. Növbəti turda "İnter Mayami" "Atlanta Yunayted", "Filadelfiya Yunion" isə "Nyu York Siti" klubu ilə qarşılaşacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun