64 yaşlı kişini maşın vurub öldürdü

15 Sentyabr 2024 10:15

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin İsrafil Məmmədov küçəsində (5-ci küçə) qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Hyundai" markalı avtomobil 1960-cı il təvəllüdlü Ziyafət Səmədzadəni vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Qeyd edək ki, mərhum Şəmkir Mərkəzi Rayon Xəstəxanasında həkim vəzifəsində çalışıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun