İsrail ordusu Qəzzanın şimalının boşaldılmasını əmr etdi

15 Sentyabr 2024 10:06

İsrail ordusu Qəzza zolağının şimalında yerləşən Beyt Lahiya şəhərinin sakinlərini təxliyə etmək əmrini verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.

Məlumata görə, Aşkelon şəhərinə iki raket atıldıqdan sonra belə bir əmr verilib. Raket hücumunun birinin qarşısı alınıb, digəri isə dənizə düşüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun