Həm dənizdə, həm quruda... - VİDEO

15 Sentyabr 2024 09:15

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi​nin şəxsi heyəti "Formula 1" ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

Dəniz vağzalı ərazisində yerləşən körpüdə yarış maşınlarının benzin anbarlarının həm dənizdən, həm də qurudan mühafizəsi tam təmin olunub.

Su polisinin patrul xidməti kateri ikinövbəli şəkildə dənizdə xidmət göstərir.

Milli.Az bildirir ki, "Qafqazinfo"nun fotoqrafı Xəyal Vəlizadə katerlə Su polisinin fəaliyyətini izləyib.

Həmin reportajı təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun