Fransa müxalifəti yeni hökumətə vaxt qoydu

15 Sentyabr 2024 10:34

Fransanın əsas müxalifət partiyası Milli Birliyin parlament fraksiyasının rəhbəri Marin Le Pen, ölkənin yeni hökumətinin cəmi 10 ay fəaliyyət göstərəcəyini və bundan sonra növbədənkənar parlament seçkilərinin keçiriləcəyini proqnozlaşdırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Le Pen keçirdiyi partiya seminarından "X" sosial şəbəkəsində paylaşım edib. O bildirib: "10 ay qalıb və mən inanıram ki, bu müddətdən sonra yazda və ya payızda yeni parlament seçkiləri keçiriləcək. Ümid edək ki, bu səlahiyyət müddəti mümkün qədər qısa olacaq".

Le Pen, Fransa Prezidenti Emmanuel Makronun Respublikaçılar partiyasının nümayəndəsi Mişel Barnyeni baş nazir təyin etmək qərarını tənqid edərək, qeyd edib ki, Respublikaçılar partiyası Milli Birlikdən daha az səs toplayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun