Norveçin vəliəhd şahzadəsinin oğlu Marius Borq Heybi polis tərəfindən həbs edilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, Heybi məhkəmə qərarını pozduğu üçün saxlanılıb. O, avqustun 4-də hücum etdiyi bir gənc qadına yaxınlaşmamaq barədə məhkəmə qadağasına baxmayaraq, qadınla əlaqə saxlamağa cəhd edib. Polis dəfələrlə şikayət aldıqlarına görə Heybinin həbsinə qərar verib.
Prokuror Andreas Kruşevskinin sözlərinə görə, bu qərar cinayətin təkrarlanması riski səbəbilə qəbul edilib. Heybinin vəkili Eyvind Bratlen isə müvəkkilinin sentyabrın 7-də gizli nömrədən istifadə edərək zərərçəkmişə zəng etdiyini inkar etdiyini və özünü təqsirli bilmədiyini bildirib.
Xatırladaq ki, Marius Borq Heybi avqustun 4-də sevgilisinə hücum edib, mənzilini darmadağın edib və bu səbəbdən saxlanılmışdı. Ancaq bir gün sonra sərbəst buraxılmışdı. O, sağlamlığa yüngül xəsarət yetirmək və əmlaka ziyan vurmaqda ittiham olunur. Heybi hadisəni spirt və kokain təsiri altında törətdiyini etiraf edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun