Bakıda "Formula 1" final yarışının qalibi bəlli oldu - YENİLƏNİB - VİDEO - FOTO

15 Sentyabr 2024 16:38

Bakıda "Formula 1" Azərbaycan Qran Prisi çərçivəsində "Formula 1" üzrə final yarışlarının qalibi bəlli olub.

Milli.Az Trend-ə istinadən bildirir ki,  "McLaren" pilotu Oskar Piastri birinciliyi ələ alıb.

"Scuderia Ferrari" komandasının pilotu Şarl Lekler və "Mercedes-AMG Petronas" komandasının pilotu Corc Rassell müvafiq olaraq ikinci və üçüncü yerdə qərarlaşıblar.

-------

16:37

Bakıda "Formula 1" Azərbaycan Qran Prisi çərçivəsində "Formula 1" üzrə final yarışları keçirilib.

Trend xəbər verir ki, yarış Bakı vaxtı ilə saat 15:00-da başlayıb.

"McLaren" pilotu Oskar Piastri birinci yeri tutub. "Scuderia Ferrari" komandasının pilotu Şarl Lekler və "Mercedes-AMG Petronas" komandasının pilotu Corc Rassell müvafiq olaraq ikinci və üçüncü yerdə qərarlaşıblar.

-------

15:02

Bakıda "Formula 1" Azərbaycan Qran Prisi çərçivəsində "Formula 1" üzrə final yarışları start götürüb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  yarış Bakı vaxtı ilə saat 15:00-da başlayıb.

Dünən baş tutan sıralanma turunda "Ferrari" pilotu Şarl Lekler birinci yeri tutub. İkinci yerə "McLaren"dən Oskar Piastri, üçüncü yerə isə Leklerin komanda yoldaşı Karlos Sayns layiq görülüb.

İlk beşliyi "Red Bull"dan Serxio Peres və "Mercedes"dən Corc Rassel tamamlayıblar.

Bakı treki 20 döngə və 51 dövrədən ibarət olmaqla, ümumilikdə 306,049 km məsafəni əhatə edir. Burada ilk dəfə yarış 2016-cı ildə Avropa Qran-prisi adı altında keçirilmişdir. Sonrakı illərdə isə turnir Azərbaycan Qran-prisi kimi təşkil olunub. 2016-cı ildə almaniyalı Niko Rozberq, sonrakı illərdə isə Daniel Rikkardo, Lyuis Hemilton, Valtteri Bottas, Serxio Peres və Maks Ferstappen qalib olmuşlar. 2023-cü ildə isə Serxio Peres ikinci dəfə Bakıda qalib gəlib. Pandemiya səbəbindən 2020-ci ildə yarış təşkil olunmayıb.

Hazırkı mövsümdə Maks Ferstappen 303 xalla pilotlar arasında liderdir. "McLaren"dən Lando Norris və "Ferrari"dən Şarl Lekler onu izləyir. Konstruktorlar kubokunda isə "Red Bull" birinci, "McLaren" ikinci, "Ferrari" isə üçüncü yerdədir.

---------

08:49

Bu gün Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əsas yarış saat 15:00-da başlayacaq. Dünən baş tutan sıralama turunda "Ferrari" pilotu Şarl Lekler birinci yeri tutub. İkinci yerə "McLaren"dən Oskar Piastri, üçüncü yerə isə Leklerin komanda yoldaşı Karlos Sayns layiq görülüb. İlk beşliyi "Red Bull"dan Serxio Peres və "Mercedes"dən Corc Rassel tamamlayıblar.

Bu gün həmçinin "Formula 2" yarışı da yekunlaşacaq, bu yarışın startı saat 11:35-də olacaq. Sıralama turunda "Trident" komandasından Rixard Versxor ən yaxşı nəticəni göstərib.

Bakı treki 20 döngə və 51 dövrədən ibarət olmaqla, ümumilikdə 306,049 km məsafəni əhatə edir. Burada ilk dəfə yarış 2016-cı ildə Avropa Qran-prisi adı altında keçirilmişdir. Sonrakı illərdə isə turnir Azərbaycan Qran-prisi kimi təşkil olunub. 2016-cı ildə almaniyalı Niko Rozberq, sonrakı illərdə isə Daniel Rikkardo, Lyuis Hemilton, Valtteri Bottas, Serxio Peres və Maks Ferstappen qalib olmuşlar. 2023-cü ildə isə Serxio Peres ikinci dəfə Bakıda qalib gəlib. Pandemiya səbəbindən 2020-ci ildə yarış təşkil olunmayıb.

Hazırkı mövsümdə Maks Ferstappen 303 xalla pilotlar arasında liderdir. "McLaren"dən Lando Norris və "Ferrari"dən Şarl Lekler onu izləyir. Konstruktorlar kubokunda isə "Red Bull" birinci, "McLaren" ikinci, "Ferrari" isə üçüncü yerdədir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun