Şahmatçılarımızdan daha bir qələbə

15 Sentyabr 2024 08:33

Budapeştdə təşkil edilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 4-cü tur başa çatıb. 

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan yığması Monteneqro üzərində qələbə qazanıb 3-1.

Hesabat turunda Aydın Süleymanlı və Şəhriyar Məmmədyarov qalib gəlib. Nicat Abasov və Rauf Məmmədov heç-heçə oynayıb.

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Sloveniya komandasını üstələyib 3-1. 

Günay Məmmədzadə və Gövhər Beydullayeva partiyanı qələbəylə bitirib. Ülviyyə Fətəliyeva ilə Gülnar Məmmədova isə heç-heçəylə kifayətlənib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun