Həlak olan əsgərimizin - FOTOsu

15 Sentyabr 2024 08:01

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bağırov Nurbala Asif oğlu odlu silahdan açılmış atəş nəticəsində həlak olub.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, mərhum əsgərimiz doğulub boya-başa çatdığı Xızı rayonunun Sitalçay kəndində dəfn edilib.

Dəfn mərasimində əsgərin ailə üzvləri, dostları və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, onun ölümü ilə bağlı hazırda istintaq davam etdirilir.

Hərbçimizin fotolarını təqdim edirik:

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun