Belarus Ukrayna sərhədinə qoşun yığır?

14 Sentyabr 2024 21:29

Belarus Ukrayna ilə sərhədə yaxın qoşunlarının sayını artırmayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko bildirib.

"Sərhəddə Ukrayna üçün təhlükə yaradan zərbə qüvvələrinin formalaşdırılması müşahidə olunmayıb. Rusiya qoşunlarının Belarus ərazisindəki kontingentində də heç bir dəyişiklik baş verməyib. Oradakı qoşun iki min hərbçidən ibarətdir və hücum bölmələri və ya xüsusi təyinatlılar deyil", - Kovalenko deyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun