Arda Gülər üçün 70 milyonluq təklif

14 Sentyabr 2024 21:14

"Real Madrid"in futbolçusu Arda Gülərlə bağlı yeni transfer xəbərləri yayılıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, İngiltərə klubunu "Liverpul"un gənc ulduzu öz heyətinə qatmaq istədiyi məlum olub.

Klub Arda üçün 70 milyon avro dəyərində təklif hazırlayır.

Qeyd edək ki, 19 yaşlı futbolçu "Real Madrid"in heyətində 16 rəsmi oyunda 6 dəfə rəqib qapısını silkələməyi bacarıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun