Türkiyənin müxalif partiyasında kütləvi istefalar olub

14 Sentyabr 2024 16:24

Türkiyədəki müxalif İYİ Partiyada kütləvi istefalar olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, 41 nəfər siyasətçi sözügedən partiyadan istefa verib. Onlardan ikisi - Dursun Ataş və Ümit Özlale millət vəkilidir.

Siyasətçilərin bu qərarlarının səbəbləri hələ məlum deyil.

Qeyd edək ki, partiyanın rəhbəri Müsavat Dervişoğludur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun