"Formula 1"ə ev sahibliyi etmək ölkəmizin beynəlxalq nüfuzunu artırır - Mələk Alıyeva

14 Sentyabr 2024 15:39

Dünyanın müxtəlif ölkələrindən olan insanlar "Formula 1" yarışları üçün Bakıya axın edib. Bu yarışa ev sahibliyi etmək ölkəmizin beynəlxalq nüfuzunu artırır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-in suallarını cavablayarkən "Bakı Şəhər Halqası" Əməliyyat Şirkəti könüllüsü Mələk Alıyeva deyib.

"Bir çox tədbirlər və yarışlarda könüllülük fəaliyyəti göstərmişəm. Lakin "Formula 1"də könüllü olmaq insana daha çox təcrübə qazandırır. Həmçinin, "Bakı Şəhər Halqası" Əməliyyat Şirkəti tərəfindən təşkil edilən tədbirlər sayəsində maraqlı vaxt keçiririk. Bu il "Formula 1" yarışlarında hər zaman olduğundan daha çox turist var. Onlarla ünsiyyətdə olmaq bizə dil biliklərimizin inkişafı üçün də imkan yaradır", - deyə o bildirib.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 2024 dünən start götürüb. Əsas yarışlar sentyabrın 15-də keçiriləcək və Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran Prisi 2017-ci ildən Bakıda şəhər trekində keçirilir. Bu günə qədər Bakı trekində 7 dəfə Formula 1 Azərbaycan Qran Prisi baş tutub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun