Türkiyədə törədilən terrorun təşkilatçılarından biri tutuldu

14 Sentyabr 2024 12:44

Bu ilin yanvar ayında Türkiyədə Santa Maria Kilsəsində törədilən terror aktının təşkilatlarından biri ələ keçirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, Milli Kəşfiyyat İdarəsinin (MİT) keçirdiyi əməliyyat nəticəsində sözügedən hücumu planlaşdıran və silah təminatını həyata keçirən Viskan Soltamatiov saxlanılıb.

Xatırladaq ki, sözügedən silahlı hücum nəticəsində 1 nəfər ölmüşdü.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun