İranda minik avtomobili aşıb - 9 nəfər ölüb

14 Sentyabr 2024 09:33

Bu gün səhər saatlarında İranın cənubunda yerləşən Buşehr vilayətində minik avtomobilinin aşması nəticəsində 9 nəfər ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Buşehr vilayəti Kəngan rayonu Qırmızı Aypara Cəmiyyətinin rəhbəri Qulamrza Əhmədi deyib.

Onun sözlərinə görə, minik avtomobilinin aşması nəticəsində daha 3 nəfər xəsarət alıb.

Xəsarət alanlar avtomobildən çıxarılaraq tibb mərkəzinə aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun