Qayınatasını öldürüb, qayınanasını yaralayan 29 yaşlı Elbrusun FOTOsu

14 Sentyabr 2024 09:21

Kürəkəni tərəfindən vəhşicəsinə qətlə yetirilən Əliağa Hüseynovun ölümü ilə bağlı yeni detallar ortaya çıxıb.

Milli.Az xəbər verir ki, mərhumun qardaşı "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, Əliağa Hüseynov dünən qızının əşyalarını kürəkəninin evindən götürüb, bu gün isə sözügedən dəhşətli qətl hadisəsi baş verib.

"Yoldaşı qızına zülm etdiyi üçün Əliağa onu evə gətirdi. Səhər saatlarında şəhərə getmək üçün evdən çıxmışdılar. Yolun qırağında maşın gözləyən zaman Əliağanın kürəkəni Elbrus Şeydayev onlara yaxınlaşaraq birinci qardaşımı və gəlinimiz Püstə Hüseynovanı bıçaqlayıb. Mənə dedilər ki, qardaşını vurublar. Gəlib gördüm ki, qan içindədir".

Milli.Az Elbrusun fotosunu musavat.com-a istinadən təqdim edir


Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun