“Volkswagen” oktyabrın 10-da Tayron adlı yeni modelini təqdim edəcək

15 Sentyabr 2024 06:37

"Volkswagen" yolsuzluq seqmentində populyar yeni model olan Tayronu təqdim etməyə hazırlaşır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu yeni model daha əvvəl Çin bazarında təqdim edilən və böyük diqqət çəkən Tayronun Avropa versiyası kimi görünəcək.

"Volkswagen"in dizayn meneceri Andreas Mindt "İnstagram" hesabında paylaşdığı qısa video ilə Tayronun 10 oktyabrda rəsmi olaraq təqdim ediləcəyini açıqlayıb.

Yeni modelin hazırda mövcud olan "Tiguan" və "Touareg" arasında qərarlaşacağı bildirilir.

Mühərrik variantları haqqında hələ dəqiq məlumat olmasa da, Tayronun benzin, dizel, hibrid və plug-in hibrid versiyalarında satışa çıxacağı gözlənilir.

Xüsusilə plug-in hibrid versiyalarının 204 və 272 at gücü variantları ilə gələcəyi təxmin edilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun