Bayden qəfildən Ukraynaya bu icazəni verə bilər - Səfir

14 Sentyabr 2024 19:21

ABŞ Prezidenti Co Bayden Qərb silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməyə icazə verə bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov "Rossiya-24"ün sualını cavablandırarkən deyib.

"Söhbətimiz zamanı qəfildən CNN, Foks Nyus və ya ABC telekanallarında ABŞ prezidentinin bu cür qərar qəbul etməsi ilə bağlı son xəbərlərin çıxacağını istisna etmirəm", - Antonov vurğulayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun