Mask Putinin sözləri haqqında: "Bu barədə pis hisslərim var"

15 Sentyabr 2024 10:52

Məşhur amerikalı milyarder İlon Mask Rusiya Prezidenti Vladimir Putinin son bəyanatı ilə bağlı narahatlığını ifadə edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, özünün "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Bu barədə pis hissim var", - deyə o vurğulayıb.

Qeyd edək ki, bir gün əvvəl Vladimir Putin Ukraynaya Rusiya ərazisinə uzaqmənzilli silahlarla zərbələr endirməyə icazə veriləcəyi təqdirdə, bunun NATO ölkələrinin, ABŞ-nin, Avropa ölkələrinin Rusiya ilə müharibə aparması demək olacağı barədə xəbərdarlıq edib. Prezident vurğulayıb ki, Kiyev belə zərbələri müstəqil şəkildə endirə bilməz, ona NATO-nun peyklərindən məlumatlar lazım olar ki, bu da nəticədə münaqişənin mahiyyətinin dəyişməsinə gətirib çıxaracaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun