Metrostansiyalara zibil yeşikləri qoyulacaq? – RƏSMİ AÇIQLAMA

15 Sentyabr 2024 10:28

"Stansiyalarda zibil yeşiklərinin qoyulmaması məhz təhlükəsizliklə bağlı məsələdir. Bizə sərnişinlərin təhlükəsizliyi digər məsələlərdən daha vacibdir".

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O qeyd edib ki, Bakı metrosu təmziliyinə görə dünyada qabaqcıl yerdədir:

"Zibillərin olması mövsümü olaraq da dəyişə bilir. Məsələn, yay dövründə içkilərə görə plastik və şüşə qabların atılması halları çox olur. Lakin "Bakı Metropoliteni" təmizliyinə görə dünyada ən qabaqcıl nəqliyyat vasitələrindən biridir və bu məsələyə xüsusi diqqət yetirilir. Çünki sanitariya vəziyyətinin normal şəraitdə olması hər bir sərnişinimiz, o cümlədən, metro işçilərinin sağlamlığı deməkdir. Zibil qabları olmasa da, təmzilik həmişə olub və olacaq".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun