Serbiyada hərbi çağırış yenidən bərpa olunur

13 Sentyabr 2024 22:08

Serbiyada icbari hərbi çağırış yenidən bərpa olunur.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Miloş Vuçeviç məlumat verib.

"Bu qanunla ən qısa zamanda parlamentə getməyə və 2025-ci il ərzində lazım olan hər şeyi hazırlamağa hazırıq. Bu, əvvəllər olduğu kimi, 12 ay davam edən xidmət deyil, indi təlim üçün iki ay bəs edəcək. Bu, ölkəni münaqişələrə və müharibələrə yox, əksinə, özünü qorumağa və mümkün hücumların qarşısını almağa hazırlamaq deməkdir", - baş nazir qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun