Hökuməti tənqid etdi, işdən çıxarıldı, həbs olundu

14 Sentyabr 2024 06:30

İran məhkəməsi Ticarət Palatasının keçmiş rəhbəri Hüseyn Silahvərzi barədə 6 ay həbs və maddi cərimə qərarı çıxarıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İran məhkmə sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejei məlumat yayıb.

O, Hüseyn Silahvərzinin "yalan məlumatlar yaymaq"da günahlandırıldığını bildirib.

Qeyd edək ki, ötən il vəzifəsindən uzaqlaşdırılan Silahvərzi narazılara qarşı repressiyaları tənqid etdiyinə görə cəzalandırılıb.

Bundan əvvə də o, "ölkə rəhbərini təhqir etmək"də günahlandırılıb, barəsində həbs qərarı çıxarılıb, hökumət vəzifələrində çalşmasına qadağa qoyulub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun