Türkiyədə professoru amansızlıqla qətlə yetiriblər.
Milli.Az xəbər verir ki, Türkiyənin Mersin vilayətinin Bozyası mahalındakı kimsəsiz ərazidəki çəlləkdən meyit tapılıb. Araşdırmalar nəticəsində meyitin Selçuklu Universitetinin professoruna aid olduğu üzə çıxıb.
Əl-qolu bağlı halda çəlləyə salınan professorun qatilləri tapılmayıb. Onun hansı səbəbdən öldürülməsinə dair hər hansı iz yoxdur.
Faktla bağlı araşdırmalar davam etdirilir.
İsmayıl
Milli.Az