Azərbaycanlı aktrisaya aktyor əri maşın hədiyyə etdi - VİDEO

13 Sentyabr 2024 20:37

Azərbaycanlı aktyorların paylaşımı marağa səbəb olub.

Milli.Az bildirir ki, Elvin Ağayev həmkarı olan xanımı Elvina Atakişiyevaya sürpriz edib. Onu arzusuna çatdıran aktyor avtomobil hədiyyəsini təqdim edib.

Bu barədə görüntüləri sosial media hesabından paylaşaraq təşəkkür edən aktrisa sevincini gizlətməyib.

Xatırladaq ki, aktyor Elvin Ağayev bir müddət əvvəl səhhətindəki problemlə gündəmə gəlmişdi. Onun əməliyyatı üçün pul toplanmışdı, bacısı Gülnaz isə qardaşına donor olub. Onun qaraciyərinin bir hissəsi aktyora köçürülmüşdü.

Həmin videonu təqdim edirik:

Hüseyn 
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun