MSK onun şikayətini geri göndərdi

13 Sentyabr 2024 16:35

17 saylı Yasamal üçüncü seçki dairəsindən namizəd Aydın Əbilov seçki məntəqələrində qanun pozuntularının olması ilə bağlı MSK-ya müraciət edib.

Milli.Az xəbər verir ki, bu barədə Komissiyanın bu gün keçirilən iclasında MSK-nın katibi Arifə Muxtarova məlumat verib.

Müəyyən edilib ki, müraciət müddəti ötdüyünə görə şikayətçiyə geri göndərilib. Təklif səsə qoyularaq qəbul edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun