“Elza Seyidcahanın şeirlərini qınayıram ”

14 Sentyabr 2024 07:49

"Mən Elza Seyidcahanın bu cür şeirlər yazmağına qətiyyən müsbət yanaşmıram. Onu qınayıram".

Milli.Az olay-a istinadən bildirir ki, bu sözləri müğənni Elçin Cəfərov qonaq olduğu "Rəngarəng" verilişində deyib.

Sənətçi Əməkdar artist Elza Seyidcahanın yazdığı şeirlərini tənqid edib: 

"Bəzi sözlər var ki, biz onu gündəlik danışığımızda istifadə etmirik. Amma o şeirlər səslənəndə, sosial şəbəkələrdə yayılanda o sözlər bizim yadımıza düşür... Açıq deyəcəyəm bu abırlı bir şey deyil. Bu ayıb bir şeydir. Fəlsəfəni də çalışdığım qədər anlayıram. Elza xanım elə belə insan deyil. O, dünyaya gələn bir sənətkardır. Amma elə şeylər var ki, ədəbdən kənardır. Bizim işimiz - mədəniyyəti təbliğ etməkdir. Biz efirdə mədəniyyəti təbliğ etməliyik, ağzımızdan çıxan sözə fikir verməliyik, diqqət etməliyik. Amma belə şeylər görənd o qədər məyus oluram ki... Pisimə gəlir. Elza xanım yaxşı musiqiçi və yaxşı bəstəkardır. Mənim Elza xanımla çox yaxşı əlaqələrimiz var. Onun xətriniu çox istəyirəm. Elza xanım əgər mənim bu sözlərimə xoş olmayan şərh versə heç bir problem yoxdur".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun