Oğuzda əməliyyat: qardaşlar həbs edildi

13 Sentyabr 2024 11:33

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Raqif Məmmədov, qardaşı Rövşən və tanışları Saleh Qəribov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, onlardan 436 qram heroin və 1 kiloqrama yaxın marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanlan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun