Emin dəbdəbəli villasını nümayiş etdirdi - VİDEO

14 Sentyabr 2024 07:41

Xalq artisti Emin Ağalarov Rusidakı villasının görüntülərini nümayiş etdirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni çoxmərtəbəli villanın bütün guşələrini gəzib.

Emin iş otağını, aldığı hədiyyələri göstərib. O bildirib ki, birinci mərtəbə ofis tərzində hazırlanıb, ikinci və üçüncü mərtəbə yataq otaqlarından ibarətdir.

O əlavə edib ki, zirzəmi olan mərtəbəni isə kişi üçün istirahət bölgəsi edib. Burada bar, idman zalı, oyun otağı yer alıb.  

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun