Azərbaycanlı aparıcı 35 yaşında tələbə oldu

13 Sentyabr 2024 11:45

Aparıcı Murad Əzimzadə yenidən ali təhsil almaq qərarına gəlib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olduğunu açıqlayıb. 

O bildirib ki, "Siyasi idarəetmə" fakültəsinə qəbul olub.:

"Beynəlxalq münasibətlər ixtisası üzrə təhsilə davam. Yolumuz uzun, enerjimiz çox. Təhsilimizi və təcrübəmizi artırıb, dövlətə, xalqa faydalı olmaq lazımdır".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun