Zaqreb Qran-prisi: 4 cüdoçumuz 1/4 finalda - YENİLƏNİB

13 Sentyabr 2024 15:59

Bu gün cüdo üzrə Zaqrebdə Qran-prisinə start verilib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, turnirin ilk günündə 3 çəkidə 5 cüdoçumuz tatamiyə çıxır.

Kişilərin yarışında 4, qadınlarda isə 1 təmsilçimiz iştirak edir.

Cüdo: Zaqreb Qran-prisi
Kişilər
60 kq
Əhməd Yusifov ilk mərhələdə Macarıstan cüdoçusu Marton Andrassinini, 1/8 finalda isə belçikalı Olivier Naerti məğlub edib. Yusifov 1/4 finalda Lior Rafailovla (İsrail) qarşılaşacaq.
Turan Bayramov 1/8 finalda Qabin Supervilldən (Fransa) güclü olub. Onun növbəti rəqibi Daniel Leutger (Avstriya) olacaq.

66 kq
Ruslan Paşayev 1/8 finalda Dani Klaçarı yolundan uzaqlaşdırıb. O 1/4 finalda Eran Fikslə qarşılaşacaq.
Nazir Talıbov ilk mərhələdə İsaya Ramiresə (ABŞ) qalib gəlib. O, 1/8 finalda gürcüstanlı Tenqo Ziraqaşviliyə uduzaraq mübarizəni dayandırıb.

Qadınlar
52 kq
Aydan Vəliyeva 1/8 finalda kosovolu Erza Muminoviqini məğlub edib. Onun 1/4 finalda rəqibi Roza Qyertyas (Macarıstan) olacaq.

Qeyd edək ki, turnirdə ölkəmiz 10 cüdoçu ilə təmsil olunub.

--------

14:17

Bu gün cüdo üzrə Zaqrebdə Qran-prisinə start verilib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, turnirin ilk günündə 3 çəkidə 5 cüdoçumuz tatamiyə çıxacaq.

Kişilərin yarışında 4, qadınlarda isə 1 təmsilçimiz iştirak edir.

Cüdo: Zaqreb Qran-prisi
Kişilər

60 kq
Əhməd Yusifov Macarıstan cüdoçusu Marton Andrassini məğlub edib.
Turan Bayramov - Hubert Piezinski (Polşa) - Qabin Supervil (Fransa) cütünün qalibi

66 kq
Ruslan Paşayev - Dani Klacar (Xorvatiya) - Markus Auer (Avstriya) cütünün qalibi
Nazir Talıbov - İsaya Ramires (ABŞ)

Qadınlar
52 kq
Aydan Vəliyeva - Erza Muminoviq (Kosovo)

Qeyd edək ki, turnirdə ölkəmiz 10 cüdoçu ilə təmsil olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun